
Əməkdar artist Ədalət Şükürov Naxçıvanda keçiriləcək futbol bayramında səhnə alacaq.
Tanınmış sənətçi «Araz Naxçıvan» tərəfindən Muxtar Respublikaya dəvət alıb.
O, mayın 23-də Naxçıvan şəhər stadionunda keçiriləcək şou tədbirdə öz mahnıları ilə izləyiciləri əyləndirəcək. Estrada ulduzu ilə yanaşı, bir sıra incisənət xadimləri də sabah stadionda olacaq.
«Araz Naxçıvan» I Divizionun axırıncı turunda «Zaqatala» ilə qarşılaşacaq (saat 16:00).
Matçdan sonra çempion komandaya qızıl medallar təqdim ediləcək.
AFFA prezidenti Rövnəq Abdullayev və baş katib Sərxan Hacıyevin şölənə qatılması gözlənilir.
SPORTİNFO.AZ