Azərbaycanda maraqlı qol: Atalar “üçdən” deyib… VİDEO

20 May 2023 01:50 I Divizion 467
Azərbaycanda maraqlı qol: Atalar “üçdən” deyib… VİDEO

I Divizionun 28-ci turunda maraqlı hadisə baş verib.

Sportinfo.az xəbər verir ki, bu, “İmişli” - “Zirə-2” matçında meydan sahibləri hesabı açarkən yaşanıb.

64-cü dəqiqədə künc zərbəsindən sonra iki ardıcıl zərbə qapı tirindən qayıdıb. Ancaq “İmişli” futbolçuları inadkarlıq ediblər və üçüncü cəhddə - Tolqar Yaqubovun zərbəsindən sonra top tora qovuşub.

Matçda qalib müəyyənləşməyib - 1:1.

Digər Xəbərlər
Xəbər Lenti