Diviziona gəlmək istəyən klubların BUNDAN MƏLUMATI OLSUN

19 May 2023 14:00 I Divizion 1 145
Diviziona gəlmək istəyən klubların BUNDAN MƏLUMATI OLSUN

Peşəkar Futbol Liqası (PFL) tezliklə təftişə başlayacaq.

PFL-in nümayəndələri növbəti mövsüm I Divizionda qüvvəsini sınamaq iddiasında olan və quruma müraciət ünvanlayan rayon klublarının şəraitini incələmək məqsədilə regionlara səfər edəcək.

PFL yarışa qatılmaq istəyənlərə bir neçə şərt irəli sürüb. Onlardan biri infrastruktur (stadion/baza), digəri bank zəmanəti ilə bağlıdır.

Birinci dəstədə mübarizə aparmaq həvəsinə düşənlərin sayı 20-dən çoxdur. Region Liqasının demək olar bütün iştirakçıları PFL-in «qapısını döyüb».

Həmçinin illər öncə «başını yerə qoymuş» klublar AFFA-nın 300 min manat vəsait ayıracağını eşidərək, yenidən «dirilib».

AFFF İcraiyyə Komitəsi gələn sezonda I Divizionda 10 komandanın iştirakına dair qərar qəbul edib.

Premyer Liqa təmsilçilərinin əvəzedici heyətlərinin çempionatı bərpa olunacağından, aşağı dəstədə 4 yeni iştirakçının varlığına ehtiyac yaranıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti