"Zaqatala" Premyer Liqada iştirak edəcək..."

18 May 2023 19:40 I Divizion 2 847
"Zaqatala" Premyer Liqada iştirak edəcək..."

AFFA Lisenziya Komissiyası bir neçə gün əvvəl Premyer Liqada iştirak üçün "Araz Naxçıvan" və "Zaqatala"ya lisenziya verdiyini rəsmi olaraq elan etdi.

İdman prinsiplərini əsas götürsək, yalnız Divizionda çempion olan "Araz Naxçıvan" Premyer Liqaya yüksəlməlidir.

Amma surpriz qərarlarına öyrəşdiyimiz federasiya fərqli qərar da verə bilər.

Bundan ümidli olan futbol ictimaiyyəti də açıqlanan qərarı böyük çoşğu ilə qarşıladı.

Lakin mövzu ilə bağlı saytımıza açıqlama verən bölgə klubunun baş məşqçisi Rüstəm Məmmədov sevinməyin hələ tez olduğunu dilə gətirib:

"Lisenziyanın verilməsi ilə bağlı bizim daha əvvəldən məlumatımız vardı. Sadəcə, narahatlığımız ondadır ki, bizə Premyer Liqada iştirak üçün icazə veriləcək, yoxsa yox.

Çünki neçə ildi bunu gözləyirik. Hər kəs maraqlanır, soruşur. Amma lisenziyanın verilməsi Premyer Liqaya buraxılacağımız anlamına gəlmir.

Düzdü, əvvəlki illərdə adətən lisenziya verilən klublar yüksək liqaya buraxılıblar. Bu, bizə də ümid verir.

İnşallah, bu dəfə reallaşar. Ümid edək lisenziya verilməsi ilə bitməz bu iş. Neçə illərdi Zaqatala təmsilçisinin elitada çıxış etməsini arzulayırıq. Bu istəklə yaşayırıq.

Nəhayət, indi "Zaqatala" Premyer Liqada iştirak edəcək" cümləsini eşitmək istəyirik".

"Zaqatala" hazırda I Divizionda 27 turdan sonra 44 xalla 4-cü sıradadır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti