Ağır məğlubiyyət baş məşqçini sərt qərar verməyə vadar etdi

12 May 2023 23:40 I Divizion 1 235
Ağır məğlubiyyət baş məşqçini sərt qərar verməyə vadar etdi

"İmişli" birinci divizionun 26-cı turunu ağır məğlubiyyətlə başa vurdu.

"Sumqayıt-2"nin qonağı olan bölgə klubu meydanı 0:4 hesablı məğlubiyyətlə tərk edib.

Sonuncu pillədə gedən "Kimyaçılar" bu qələbə ilə "İmişli" və "Mingəçevir"i qabaqlaya bilib.

Qələbə təqdirində İmişli təmsilçisi sonuncu pillədən birdəfəlik uzaqlaşmış olacaqdı.

Belə məqamda gələn üzücü məğlubiyyətə qəzəblənən baş məşqçi Ruhid Usubov bir neçə futbolçuya qapını göstərib.

Gənc mütəxəssis sezonun sonu isə 2-3 nəfər xaric, bütün futbolçularla yolları ayırmağı planlaşdırır.

Məqsəd növbəti il Premyer Liqaya çıxmağı hədəfləyin yeni kollektivin formalaşdırılmasıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı