"Onun klubumuzu böyütmək istəyi və göstərişi olarsa…"

9 May 2023 16:00 I Divizion 645
"Onun klubumuzu böyütmək istəyi və göstərişi olarsa…"

«Əvvəl bir gündən klubumuzda maliyyə sıxıntısı yaşanmayıb».

Bu sözləri Sportinfo.az-a açıqlamasında Naxçıvan Futbol Federasiyasının İdarə Heyətinin sədr müavini və «Araz Naxçıvan»ın icraçı direktorunun köməkçisi Sakit Rzayev deyib.

O, I Divizionda çempionluğu vaxtından əvvəl özü üçün təmin edən komandanın Premyer Liqaya hazırlığından danışıb.

Funksioner bildirib ki, Premyer Liqaya qazandıqları vəsiqənin AFFA tərəfindən dəyərləndirilməsini gözləyirlər. Müsahib federasiyadan müsbət cavab gələcəyi təqdirdə, elitada çıxış etmək üçün maddi sarıdan korluq çəkməyəcəklərini vurğulayıb:

«Mövsümü birinci pillədə başa vurmuşuqsa, demək ki, hansısa maddi sıxıntıdan söhbət gedə bilməz.

Qaldı ki Premyer Liqada oynayacağımız təqdirdə bu işlərin necə həll olunmasına, bildiyiniz kimi, dövlət vasitəsilə buradakı bütün klublara vəsait ayrılır.

Bizə də həmin maliyyə yardımı göstəriləcək. Klubumuzu daha yaxşı yerlərdə görmək istəyiriksə, təbii ki, əlavə sponsorları - təhcizat və tərəfdaşları da bu prosesə cəlb etməliyik.

Peşəkar klub qurmaq, yeni layihələrə imza atmaq istəyiriksə, bizə maddi-texniki dəstək olmalıdır. Naxçıvan Futbol Federasiyasının və «Araz Naxçıvan»ın prezidenti Vüqar Abbasov hərtərəfli dəstək verir.

Onun klubumuzu böyütmək istəyi və göstərişi olarsa, o zaman müxtəlif görüşmələrə başlayacağıq. Hazırda elə bir problemimiz yoxdur».

Digər Xəbərlər
Xəbər Lenti