"Araz" çempionluğunu rəsmiləşdirdi - FOTOREPORTAJ

4 May 2023 19:20 I Divizion 903
"Araz" çempionluğunu rəsmiləşdirdi - FOTOREPORTAJ

I Divizionda XXVII tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bu gün 3 görüş baş tutub.

“Səbail-2” “Qəbələ-2” ilə ev oyunundan minimal hesabla qalib ayrılıb. MOİK səfərdə “Mingəçevir”i məğlub edib. “Araz Naxçıvan” isə “Qaradağ Lökbatan”la səfər oyununda inamlı qələbəyə sevinib.

Nəticədə Muxtar Respublika təmsilçisi 25 oyundan sonra xallarının sayını 63-ə çatdırıb.

Ən yaxın izləyicisi “Neftçi”ni 11 xal qabaqlayan naxçıvanlılar mövsümün sonuna 3 tur qalmış qızıl medalları təmin edib.

"Səbail-2" – "Qəbələ-2" 1:0
Qol
: Rasim Həsənov, 86.
Hakimlər: Kamran Əliyev, Elman Kərimov, Asiman Əzizli, Əli Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASCO Arena”

"Qaradağ Lökbatan" – "Araz Naxçıvan" 0:2
Qol
: Orxan Əliyev, 17-pen. Bayraməli Qurbanov, 45.
Hakimlər: Nicat İsmayıllı, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Rəsul Babayev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu,

"Mingəçevir" – MOİK 0:2
Qol
: Ramil Orucov, 16. Elmir Rəhimzadə, 72.
Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Zakir Şükürzadə, Tural İbrahimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu

N Klublar O Q H M T-F X
1 Araz Naxçıvan 25 20 3 2 63-19 63
2 Neftçi-2 25 16 4 5 60-28 52
3 Zaqatala 25 13 4 8 45-41 43
4 Səbail-2 25 13 3 9 44-40 42
5 Qəbələ-2 25 12 5 8 42-25 41
6 MOİK 25 12 5 8 41-38 41
7 Kəpəz-2 25 12 4 9 37-31 40
8 Turan Tovuz-2 25 12 3 10 40-34 39
9 Qaradağ Lökbatan 26 11 4 11 29-23 37
10 Şamaxı-2 25 9 3 13 33-51 30
11 Qarabağ-2 24 8 3 13 28-34 27
12 Zirə-2 25 6 8 11 25-36 26
13 Mingəçevir 26 5 4 17 28-49 19
14 İmişli 25 6 1 18 20-58 19
15 Sumqayıt-2 25 4 4 17 26-54 16

BOMBARDİRLƏR:

Orxan Əliyev ("Araz Naxçıvan") - 23 qol
İlham Allahverdiyev (MOİK) - 16 qol
Vüsal Əsgərov ("Neftçi-2") - 14 qol
Cəlal Cəbrayılov (“Zaqatala”) – 14 qol
Bəhruz Teymurov ("Şamaxı-2", "Zaqatala") - 13 qol

Digər Xəbərlər
Xəbər Lenti