Qurban Qurbanovun prezident qardaşı istefa verəcək

3 May 2023 14:40 I Divizion 4 756
Qurban Qurbanovun prezident qardaşı istefa verəcək

Musa Qurbanov «Zaqatala»nın prezidenti postunu tərk edə bilər.

Bu, ondan çox, AFFA-nın verəcəyi qərardan asılıdır.

İş ondadır ki, I Divizion təmsilçisi növbəti mövsüm Premyer Liqa sıralarına qoşulmaq iddiasındadır.

Şimal əyalətinin klubu bununla bağlı müvafiq sənədləri toplayaraq, federasiyaya təqdim edib.

Əgər qurum elitada iştirakçı sayını artırmasa, «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun böyük qardaşı 2015-ci ildən rəhbərlik etdiyi «Zaqatala» ilə vidalaşacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti