“Beşiktaş”ın hücumçusu Azərbaycanda qalmaq istəyir

28 Aprel 2023 02:20 I Divizion 957
“Beşiktaş”ın hücumçusu Azərbaycanda qalmaq istəyir

"Araz Naxçıvan"ın türkiyəli hücumçusu Ege Atlam sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, "Beşiktaş"ın yetirməsi, İstanbul klubunun sabiq üzvü komandasının Premyer Liqaya vəsiqə qazanmasını şərh edib:

"Premyer Liqaya vəsiqəni təmin etsək də, birinci divizionda oyunlarımız qalıb. Qarşıdakı matçlarda da Premyer Liqaya layiq olduğumuzu göstərmək istəyirik.

Mövsümü çempion kimi bitirmək fikrindəyik. Bunlar bizim motivasiyamızı artırır.

Azərbaycan birinci divizionun səviyyəsi yaxşıdır, Premyer Liqadan çox zəif olduğunu düşünmürəm.

Biz futbolçular və ümumilikdə komandamız yüksək liqaya çıxacağıq kimi hazırlaşırıq. Ancaq çıxıb-çıxmayacağımızı barədə rəhbərlik və baş məşqçimiz daha doğru məlumat verə bilər.

Fikrimcə, "Araz Naxçıvan" doğru layihə və planlarla davam edir. Məncə, Premyer Liqada da uğurlu olacağıq".

"Beşiktaş"ın sabiq futbolçusu Azərbaycancda qalmaq niyyətində olduğunu söyləyib:

"Təbii ki, burada qalaraq Premyer Liqada oynamaq, özümü yüksək liqada göstərmək istəyirəm.

Hazırda Türkiyəyə qayıtmaq planım yoxdur. Ancaq mövsümü sonunda necə olacağını görəcəyik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti