I Divizionda XXVI turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, "Qəbələ-2" doğma meydanda "Qaradağ Lökbatan"ı qəbul edib.
Qarşılaşma paytaxt təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 37-yə yüksəldən "Qaradağ Lökbatan" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. "Qəbələ-2" isə 41 xalla 3-cü yerdədir.
“Qəbələ-2” – “Qaradağ Lökbatan” 0:1
Qol: Mehdi Həşumov 19

