Vaqif Cavadovun Divizionda “siftə”sini korladılar - FOTOREPORTAJ

25 Aprel 2023 20:20 I Divizion 2 191
Vaqif Cavadovun Divizionda “siftə”sini korladılar - FOTOREPORTAJ

Bu gün S Divizionda 27-ci tur davam etdirilib.

Sportinfo.az xəbər verir ki, üç qolun qeydə alındığı “Şamaxı-2” – “İmişli” matçında meydan sahibləri qələbə qazanıblar.

“Qəbələ-2” doğma meydanda “Qaradağ Lökbatan”a uduzub.

Vaqif Cavadovun “Sumqayıt”ın əvəzedici komandasında debütü də uğursuz alınıb. “Zaqatala”nı evdə qəbil edən “kimyaçılar”ın gəncləri İbrahim Qədirzadənin 26-cı dəqiqədə vurduğu yeganə qolla yenilib.

"Şamaxı-2" – "İmişli 2:1"
Qol: Rafət Aydınov, 2-öz qapısına. Asim Əlizadə, 43 – Rafət Aydınov, 15.
Hakimlər: Əli Əliyev, Rasim Axundov, Anar Bədəlov, Səbuhi Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Şamaxı şəhər stadionu

"Sumqayıt-2" – "Zaqatala" 0:1
Qol: İbrahim Qədirzadə, 26, Cəlal Cəbrayılov, 86
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Rəhman Aslanov, Rəsul Babayev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00

"Qəbələ-2" – "Qaradağ Lökbatan" 0:1
Qol: Mehdi Haşumov, 17
Hakimlər: Emin Əliyev, Səbuhi Soltanov, Ruslan Quliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00

26 aprel

"Araz Naxçıvan" – "Mingəçevir"
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Sevda Nuriyeva, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: İlham Əliyev
Naxçıvan Muxtar Respublika stadionu, 14:00

"Zirə-2" – "Neftçi-2"
Hakimlər: Murad Səlimov, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Tural İbrahimov
Hakim-inspektor: Barış Şimşək
AFFA nümayəndəsi: Emin Cəfərov
Binə qəsəbə stadionu, 15:00

N Klublar O Q H M T-F X
1 Araz Naxçıvan 23 18 3 2 59-19 57
2 Neftçi-2 23 16 2 5 57-25 50
3 Qəbələ-2 24 12 5 7 42-24 41
4 Zaqatala 24 12 4 8 42-41 40
5 Səbail-2 24 12 3 9 43-40 39
6 MOİK 24 11 5 8 39-38 38
7 Turan Tovuz-2 24 12 2 10 38-32 38
8 Qaradağ Lökbatan 25 11 4 10 29-21 37
9 Kəpəz-2 24 11 4 9 35-30 37
10 Şamaxı-2 25 9 3 13 33-51 30
11 Qarabağ-2 23 8 3 12 28-33 27
12 Zirə-2 23 6 7 10 24-32 25
13 Mingəçevir 24 5 4 15 28-45 19
14 İmişli 24 6 1 17 19-56 19
15 Sumqayıt-2 24 3 4 17 25-54 13

BOMBARDİRLƏR:

Orxan Əliyev ("Araz Naxçıvan") - 21 qol
İlham Allahverdiyev (MOİK) - 16 qol
Vüsal Əsgərov ("Neftçi-2") - 14 qol
Cəlal Cəbrayılov (“Zaqatala”) – 13 qol
Elnur Cəfərov ("Qaradağ Lökbatan", "Kəpəz-2") - 12 qol

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti