I Divizionda çempionluq sevinci yaşayan «Araz Naxçıvan»da rəhbərlikdən böyük gözlənti var.
Mövsümün başa çatmasına bir neçə tur qalmış qızıl medallara sahiblənən və Premyer Liqaya vəsiqə qazanan Muxtar Respublika təmsilçisinin futbolçuları onlara mükafat ödənilməsini istəyir.
İştahları da pis deyil - 100 min manat!
Əslində, bu rəqəm gözə çox görünməməlidir. Komandanın 25-30 nəfərdən ibarət olmasını, həmçinin işçi heyətini də nəzərə alsaq, adambaşına düşəcək «ənam» 2000-2500 manatı keçməyəcək.
Onu da bildirək ki, klubun prezidenti Vüqar Abbasov 6 aydan çoxdur oyunçuların mükafatını kəsib.
Vasif Talıbovun Ali Məclisin sədri postundan ayrılmasından sonra iş adamının da «Araz Naxçıvan»a diqqət və qayğısı azalıb.
Nəticədə futbolçular əsas stimul mənbəyindən məhrum olub. Ötən müddətdə komanda üzvlərinə cəmi bir dəfə, o da 500 manat mükafat verilib.
Əvəzində vəd olunub ki. hesablaşma mövsümün sonunda aparıcaq. Həmin vaxt isə artıq yaxınlaşmaqdadır…
SPORTİNFO.AZ

