"Bu il Premyer Liqada çıxış etmək bizə tez olar"

23 Aprel 2023 22:20 I Divizion 2 545
"Bu il Premyer Liqada çıxış etmək bizə tez olar"

"Bu il Premyer Liqaya yüksəlmək bizim üçün tez olar".

Bu fikirləri Sportinfo.az-a açıqlamasında növbəti mövsüm elitada çıxış etmək şanslarını dəyərləndirərkən "İmişli"nin baş məşqçisi Ruhid Usubov deyib.

Gənc mütəxəssis bunun səbəbləri barədə danışarkən aşağıdakıları dilə gətirib:

Premyer Liqada oynamaq üçün ilk növbədə İmişli şəhər stadionun ot örtüyü dəyişilməlidir. Bundan başqa, otaqlara, paltardəyişmə otaqlarına əl gəzdirmək lazımdır.

Əvəzedici komanda, bütün aşağıyaş qrupları formalaşmalıdır.Arena birinci divizionun şərtlərinə cavab verir, amma elita üçün yox".

O, növbəti sezon bu barədə düşünəcəklərin dilə gətirib: "Əlbəttə, yüksək liqada oynamağı hər kəs arzulayır. İnşallah, növbəti dəfə bizim üçün də bu fürsət yaradılar".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti