"Premyer Liqada oynamaq üçün sənədlərimiz 98-99 faiz hazırdır"

23 Aprel 2023 20:40 I Divizion 1 855
"Premyer Liqada oynamaq üçün sənədlərimiz 98-99 faiz hazırdır"

«Lisenziyalaşdırma işləri və lisenziyalaşdırma sənədləri demək olar 98-99 faiz hazırdır».

Bu sözləri Sportinfo.az-a açıqlamasında Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev deyib.

Bilindiyi kimi, Muxtar Respublikanı I Divizionda təmsil edən «Araz Naxçıvan» qarşısına qoyduğu ilk məqsədə çatıb.

Region komandası mövsümün başa çatmasına bir neçə tur qalmış qızıl medallara sahiblənib. Növbəti hədəf isə Premyer Liqaya qatılmaqdır.

Naxçıvan klubu bunun üçün AFFA-nın lisenziyalaşdırma meyarlarına cavab verməlidir.

Görəsən, yerli federasiya həmin tələbləri yerinə yetirməyə hazırdırmı? Sakit Rzayevi dinləyək:

«Bir neçə ay öncə saytınıza verdiyim açıqlamada qeyd etmişdim ki, Naxçıvan Futbol Federasiyası olaraq, AFFA-nın Lisenziyalaşdırma Qrupunun müəyyənləşdirdiyi 6 meyarın hər biri üzrə mütəxəssis ayırmışıq.

O ekspertlərdən hərəsi bir meyar üzrə məsələyə baxıb. Artıq bütün sənədlər tərəfimizdən toplanıb və aidiyyat üzrə AFFA-nın müvafiq departamentinə təqdim edilib.

Sadəcə, bir-iki sənədimiz qalır ki, onun da vaxtına hələ var. Vədə yetişəndə, onları da AFFA-ya çatdıracağıq».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti