“Bu il çempionat bizim üçün seleksiya xarakterli oldu“.
“İmişli“nin baş məşqçisi Ruhid Usubov Sportinfo.az-a açıqlamasında belə deyib.
I Divizionda debüt mövsümünü keçirən əyalət klubunun çalışdırıcı növbəti il daha iddialı olacaqlarını bildirib:
“Çətinliklər çox oldu. Bizim üçün Divizionda iştirak etmək vacib idi. Uğurlu olmaq isə müşkül görünürdü.
Böyük çətinliklər bahasına komandanı ayaqda saxlaya bildik. Yeni mövsüm üçün planlar var.
Heyət güclənəcək. Yeni nəfəsə ehtiyacımız var. Düşünürəm ki, gələn mövsüm hər şey daha yaxşı olacaq”.

