“İcra başçısı son bir həftə ərzində bizə çox dəstək oldu“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “İmişli“nin baş məşqçisi Ruhid Usubov deyib.
O, I Divizionun 24-cü turu çərçivəsində “Qarabağ-2“ ilə oyunu izləməyə gəlmiş rəsmi şəxslərə və iş adamlarına təşəkkür edib:
“İcra başçısı Elçin Rzayev, millət vəkili Razi Nurullayev və iş adamları da komandaya dəstəyə gəlmişdi. Stadionu oyun keçirməyə hazır vəziyyətə gətirməyimiz üçün əmək verdilər.
Millət vəkili Razi Nurullayev daim yanımızdadır. Hər zaman bizə dəstək olu
Şəxsi işləri ilə bağlı fasilədə gedəsi oldu. Elçin müəllim isə sona kimi qarşılaşmanı izlədi. Məğlubiyyətdən üzüldüyümüzü görüb dəstək oldu”.
Cari mövsümdən I Divizionda qüvvəsini sınayan ”İmişli” bunadək ev oyunlarını qonşu rayonda – Saatlıda keçirirdi.
İmişli stadionunun ümumi duoumu birinci liqanı qəbul etməyə imkan vermədiyindən, Peşəkar Futbol Liqası onların doğma publika önündə meydana çıxmasına icazə verməmişdi.
Yaxınlarda Peşəkar Futbol Liqası (PFL) tərəfindən İmişli şəhər stadionuna baxış keçirilib.
Aparılan təmir və yenidənqurma işlərindən sonra arena I Divizion matçlarını qəbul etmək üçün məqbul hesab olunub.
Bu tədbirlər İmişli rayonu İcra Hakimiyyəti tərəfindən görülüb. Bilavastə icra başçısı Elçin Rzayevin göstərişi ilə.
Rayonun rəhbərinin tapşırığına əsasən, stadionun təmirinə vəsait cəlb olunub. Yerli idarələr, o cümlədən, bələdiyyə orqanları problemin aradan qaldırılmasında fəal iştirak edib.

