İcra başçısı bu dəfə əlini “daşın altına qoydu” – Rayon və komanda üçün

13 Aprel 2023 18:00 I Divizion 1 434
İcra başçısı bu dəfə əlini “daşın altına qoydu” – Rayon və komanda üçün

I Divizionda debüt mövsümünü keçirən «İmişli» dünən ilk dəfə olaraq doğma publika önünə çıxdı.

«Qarabağ-2»ni qəbul edən komandanı 4300 azarkeş dəstəklədi.

Əslində, Heydər Əliyev adına stadona toplaşan fanatların sayı bundan da çoxdur. Hardasa 6000 nəfərdən çox.

Sadəcə, AFFA nümayəndəsi Elman Musayev oyunun protokoluna məhz bu qədər izləyici sayı yazıb.

Daha əvvəl əyalət təmsilçisinin ev qarşılaşmaları Saatlı Olimpiya İdman Kompleksinin stadionunda baş tutub.

Yaxınlarda Peşəkar Futbol Liqası (PFL) tərəfindən İmişli şəhər stadionuna baxış keçirilib.

Aparılan təmir və yenidənqurma işlərindən sonra arena I Divizion matçlarını qəbul etmək üçün məqbul hesab olunub.

Bu tədbirlər İmişli rayonu İcra Hakimiyyəti tərəfindən görülüb. Bilavastə icra başçısı Elçin Rzayevin göstərişi ilə.

Rayonun rəhbərinin tapşırığına əsasən, stadionun təmirinə vəsait cəlb olunub. Yerli idarələr, o cümlədən, bələdiyyə orqanları problemin aradan qaldırılmasında fəal iştirak edib.

Elçin Rzayevin özü də açılış oyununu VİP-lojadan izləyib və komandaya mükafat qoyub.

Hər cür dəstəyə rəğmən, «İmişli»lilər publikanı sevindirməyi bacarmayıb. Halbuki «Qarabağ-2» 71-ci dəqiqədə meydanda azlıqda qalıb.

Baş hakim Vüqar Həsənli ciddi qayda pozuntusuna yol verən Elmir Abbasova qırmızı vərəqə göstərib.

Buna rəğmən, qonaqlar 90+4-cü dəqiqədə oyunun yeganə qolunu vurub. Musa Musazadə cərimə zərbəsindən möhtəşəm zərbəylə qonaqlara qələbə qazandırıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti