"Mən özümü bağışlaya bilmirəm, kim görür, deyir ki..."

13 Aprel 2023 19:06 I Divizion 692
"Mən özümü bağışlaya bilmirəm, kim görür, deyir ki..."

Dünən İmişlidə əsl futbol bayramı yaşandı.

Uzun illədən sonra böyük futbol bu şəhərin mərkəzi stadionuna qonaq gəldi.

Yerli publika isə bunun nə qədər arzusunda olmasını tribunaların böyük qismini doldurmalqa göstərmiş oldular.

Təxminən 5 minə yaxın tamaşaçı “Qarabağ-2” ilə oyunda “İmişli” üçün Heydər Əliyev adına İmişli çəhər stadionunda səfərbər oldular.

Sözsüz ki, adıçəkilən rayona böyük futbolun izdihamlı qayıdışında komandanın baş məşqçisi Ruhid Usubovun xüsusi xidmətləri olub.

Ən pis gündə sinəsini qabağa verən gənc mütəxəssis yerli publikanın ümid yerinə çevrilib.

Elə qarşılşamadan sonra onu axtarmaqda məsqədimiz də boşuna deyildi.

Sevincinin həddi-hüdudu olmayan Ruhid bəy təəssüratlarını bizimlə bölüşdü:

“Hər kəs bizə olan sevgisindən stadiona gəlmişdi. Rəhbərlik, məşqçilər heyəti və futbolçular əl-ələ verib necə mehriban kollektiv yaratdığımızı hər biri gözəl bilirdi.

Bütün çətinliklərə rəğmən böyük futbolu İmişliyə qaytara bildik. İnşallah, bunun davamı gələcək.

Sadəcə, son dəqiqədə gələn qola üzüldük. Özümə gələ bilmirəm ki, azarkeşlərimizi sevindirə bilmədik.

Özümü bağışlaya bilmirəm. Mən müsahibələrimdə hər zaman deyirdim ki, İmişli camaatı futbola acdır.

Dünən buna əyani şahid olduq. Rayonda kim görür, təsəlli verir ki, yaxşı olacaq. Əsas odur böyük futbolu İmişliyə gətirdiniz.

Artıq futbola maraq yenidən canlanıb. Hər kəs övladını futbola aparır. İnşallah, növbəti oyunlarda onları qələbə ilə də sevindirərik”.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti