Premyer Liqaya vəsiqəni təmin etdi - FOTOREPORTAJ

12 Aprel 2023 01:00 I Divizion 688
Premyer Liqaya vəsiqəni təmin etdi - FOTOREPORTAJ

ı Divizionda 24-cü tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk gündə 4 görüş baş tutub.

“Zirə-2” – “Qaradağ Lökbatan” matçında qapılara qol vurulmayıb. “Qəbələ-2” MOİK-i 3 cavabsız qolla yenib. “Turan Tovuz-2” də “Mingəçevir”i məğlub yola salıb.

“Sumqayıt”la “Səbail”in əvəzediciləri arasındakı görüşdə isə qonaqlar qələbə qazanıblar.

Bu nəticələrin ardından Divizionda Premyer Liqaya vəsiqəni təmin edən komanda müəyyənləşib. Bu turu məğlubiyyətlə bitirən MOİK-in lider “Araz Naxçıvan”a çatmaq şansı qalmayıb.

4-cü pillədəki “hərbçilər”i Naxçıvan təmsilçisi ilə yanaşı, “Neftçi” və “Qəbələ”nin ikinci komandaları qabaqlayır.

54 xalı olan “Araz Naxçıvan” sona 5 tur qalmış əvəzediciləri çıxmaq şərtilə divizion təmsilçilərindən ən yaxın izləyicisi olan MOİK-i 16 xal qabaqlayır.

Bu isə o deməkdi ki, mövsümün sonunda lisenziyalaşdırma ilə bağlı problem yaşamasa, “Araz Naxçıvan” növbəti mövsümü elitada keçirəcək.

"Zirə-2" – "Qaradağ Lökbatan" 0:0
Hakimlər: Kamran Əliyev, Rasim Axundov, Gülnurə Əkbərzadə, Murad Səlimov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Asif Əliyev
Binə qəsəbə stadionu

"Qəbələ-2" – MOİK 3:0
Qol: Sənan Ağalarov, 52; 88-pen. Okan Təhməzli, 90+2.
Hakimlər: Səbuhi Bayramov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Qəbələ şəhər stadionu (ehtiyat meydança)

"Turan Tovuz-2" – "Mingəçevir" 2:1
Qol: Famil Camalov, 43. Sadiq Şəfiyev, 59-pen – Tural Məmmədzadə, 62.
Hakimlər: Rövşən Rəcəbov, Anar Bədəlov, Aydın Baxşıyev, Tural İbrahimov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu

"Sumqayıt-2" – "Səbail-2" 1:2
Qol: Cavidan Abbaszadə, 73 – Balamirzə Soltanov, 71. Xəyal Bədirov, 88.
Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev, Rəsul Babayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00

12 aprel

"Şamaxı-2" – "Zaqatala"
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Sevda Nuriyeva, Emin Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Şamaxı şəhər stadionu, 15:00

"Kəpəz-2" – "Neftçi-2"
Hakimlər: Fərid Hacıyev, Elman Kərimov, Tərlan Talıbzadə, Əli Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Seymur Səlimli
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00

"İmişl"i – "Qarabağ-2"
Hakimlər: Vüqar Həsənli, Orxan İbişov, Sənan Atayev, Şamil İmanzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elman Musayev
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00

N Klublar O Q H M T-F X
1 Araz Naxçıvan 22 17 3 2 57-18 54
2 Neftçi-2 21 15 1 5 50-23 46
3 Qəbələ-2 21 11 5 5 39-22 38
4 MOİK 22 11 5 6 38-33 38
5 Kəpəz-2 22 11 3 8 34-27 36
6 Turan Tovuz-2 21 11 2 8 36-26 35
7 Səbail-2 21 10 3 8 39-36 33
8 Qaradağ Lökbatan 23 9 4 10 25-21 31
9 Zaqatala 21 9 4 8 36-40 31
10 Şamaxı-2 22 8 3 11 30-43 27
11 Zirə-2 22 5 7 10 21-32 22
12 Qarabağ-2 21 6 3 12 22-33 21
13 İmişli 22 6 1 15 18-53 19
14 Mingəçevir 22 4 4 14 26-43 16
15 Sumqayıt-2 21 3 4 14 23-44 13

BOMBARDİRLƏR:

Orxan Əliyev ("Araz Naxçıvan") - 21 qol
İlham Allahverdiyev (MOİK) - 16 qol
Cəlal Cəbrayılov (“Zaqatala”) – 12 qol
Elnur Cəfərov ("Qaradağ Lökbatan", "Kəpəz-2") - 12 qol

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti