Premyer Liqaya vəsiqəni təmin edən komanda bəlli odu

11 Aprel 2023 19:20 I Divizion 2 076
Premyer Liqaya vəsiqəni təmin edən komanda bəlli odu

Araz Naxçıvan" Azərbaycan Premyer Liqasına vəsiqəni təmin edib.

Sportinfo.az xəbər verir ki, bu, I Divizionun XXIV turunda gerçəkləşib.

"Qəbələ-2"yə 0:3 hesabı ilə uduzan MOİK liderə çatmaq şansını itirib. "Araz Naxçıvan" 54 xalla birinci, ordu klubu 38 xalla 4-cü sıradadır.

Beləliklə, Naxçıvan təmsilçisi növbəti mövsüm üçün elitaya vəsiqə qazanıb.

I Divizionda sona 6 tur qalsa da, yarışda 15 kollektiv yer aldığı üçün MOİK XXVI turda istirahət etməli olacaq

Turnir cədvəlinin 2 -3-cü yerlərində Premyer Liqa təmsilçilərinin əvəzedici komandaları qərarlaşıblar.

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!