PFL bu komandanın doğma rayona qayıtmasına icazə verdi

7 Aprel 2023 13:40 I Divizion 1 095
PFL bu komandanın doğma rayona qayıtmasına icazə verdi

Peşəkar Futbol Liqası (PFL) tərəfindən İmişli şəhər stadionuna baxış keçirilib.

Sportinfo.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, aparılan təmir və yenidənqurma işlərindən sonra arena I Divizion matçlarını qəbul etmək üçün məqbul hesab olunub.

“İmişli” sözügedən stadionda cari mövsümdə ilk ev oyununu aprelin 12-də “Qarabağ-2”yə qarşı keçirəcək. Görüş saat 16:00-da start götürəcək.

Daha əvvəl əyalət təmsilçisinin ev qarşılaşmaları Saatlı Olimpiya İdman Kompleksinin stadionunda baş tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti