Bölgə klubu uzun aradan geri qayıdacaq? - RƏSMİ AÇIQLAMA

4 Aprel 2023 16:00 I Divizion 1 347
Bölgə klubu uzun aradan geri qayıdacaq? - RƏSMİ AÇIQLAMA

“İmişli” ev oyunlarını İmişli şəhər stadionunda keçirə bilər.

Bu barədə Sportinfo.az-a açıqlamasında Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəhbəri Elgiz Abbasov deyb.

Qurum rəsmisi bildirib ki, adıçəkilən arenada müəyyən təmir işlərinin görülməsindən xəbərdarıq.

Ancaq yekun rəy əməkdaşlarımızın arenaya yerində baxış keçirməsindən sonra veriləcək:

“Əlbəttə ki, biz də istərdik hər bir komanda ev oyunlarını doğma stadionunda keçirsin. Amma bunun üçün stadionun, heç olmasa, minimal şərtlərə cavab verməsi lazımdır.

Biz sözügedən stadiona baxış keçirəndə orada futbol oynamaq mümkün deyildi. Sonradan yazın gəlişi ilə əlaqədar olaraq ot örtüyündə müəyyən yaşıllaşma oldu.

Eyni zamanda, “İmişli” klubuna təşəkkür etmək istərdim ki, qeyd olunan iradların aradan qaldıırlması ilə bağlı konkret addımlar atıldı.

Peşəkar liqanın oynanılması üçün təkcə ot örtüyü kifayət deyil. Klub əsas və yardımçı otaqları və oyunun keçirilməsi üçün digər tələb olunanları da təmin etməlidir.

“İmişli” klubunun rəhbəri Aqşin Mürsəlovla sıx əlaqədəyik. 5 aprel tarixində işlərlə bağlı yerindəcə tanış olacağıq və inspeksiyanın nəticəsinə uyğun olaraq müvafiq qərarlar verəcəyik.

İlk olaraq vəziyyətlə yerindəcə tanış olmaq lazımdır”.

Xatırladaq ki, bu mövsümdən birinci liqada çıxış edən “İmişli” dogma arenanın acınacaqlı vəziyyətdə olması səbəbindən ev oyunlarını Saatlı Olimpiya İdman Kompleksinin stadionunda keçirir.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti