Azərbycanda diqqətdən kənarda qalan məşhur stadiona illər sonra "əl gəzdirildi" - VİDEO+FOTOLAR

3 Aprel 2023 22:20 I Divizion 4 046
Azərbycanda diqqətdən kənarda qalan məşhur stadiona illər sonra "əl gəzdirildi" - VİDEO+FOTOLAR

İmişli Şəhər Stadionu uzun illərdi böyük futbolun həsrətin çəkir.

Birvaxtlar "MKT Araz"ın oyunu üçün minlərlə insan bu arenanın tribunalarına cəm olardı.

Ancaq bölgə klubunun 2007-ci ildə fəaliyyətini dayandırması yeni inşa olunan futbol kompleksinin də ağır günlərinin başlanğıcı oldu.

Baxımsızlıqdan yararsız hala düşən idman qurğusunun dadına bu mövsümdən Birinci Divizionda çıxış etməyə başlayan "İmişli" komandasının rəhbərliyi çatıb.

Belə ki, klub rəsmiləri, məşqçilər heyəti öz məhdud imkanları hesabına stadionun təmirinə start veriblər. Təbii ki, imkanlar əsaslı təmir üçün yetərli deyil. Ancaq məqsəd oyunların burada keçirilməsinə imkan verəcək səviyyədə problemlərin həll edilməsindən gedir.

Arenadan təqdim edəcəyimiz yeni görüntülərdən də dəyişiklərin aşkar şahidi olmaq olar. Ot örtüyü yaxşı vəziyyətə gətirilib, tribunalar səhmana salınıb, dəmir qurğular kraskalanıb. Bundan başqa otaqların su xəttləri, istilik sistemləri işlək vəziyyətə gətirilib.

Xatırladaq ki, İmişli Şəhər Stadionunun şəraitsizliyi üzündən yerli komanda oyunlarını Saatlı Olimpiya İdman Kompleksinin stadionunda keçirir.

XANOĞLAN / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti