“Şahdağ Qusar”ın yeni baş məşqçisi bəlli olub.
Klub rəhbərliyi Füzuli Məmmədovla razılığa gəlib. Onunla 1+1 illik sözləşmə imzalanıb.
Füzuli Məmmədovun köməkçiləri Rafael Əmirbəyov, Rauf Mehdiyev və Əzəmət Ələkbərli olacaq.
F.Məmmədov ötən mövsüm "Karvan-Yevlax"ı çalışdırıb. Premyer Liqada yerini itirən Yevlax klubunun bir neçə gün öncə onunla vidalaşmasını xatırladaq.
Qusar təmsilçisi arxada qodyğumuz sezonu beşinci pillədə başa vurub. Liqada debüt mövsümü keçirməsinə və uğurlu nəticəyə imza atmasına rəğmən, Elnur Abdullayevin görəvinə son verilib.
İki ildir burada çalışan baş məşqçi ilə yanaşı, iki köməkçisi - Babək Allahverdiyevlə Əlimirzə Daşzərini də iş yeriylə vidalaşmalı olub. Onlarla müqavilə yenilənməyib.
Füzuli Məmmədov isə «Şahdağ»ın prezidenti Samir Xeyirbəyovun üz tutduğu ilk ünvan deyil. Ondan qabaq Elgiz Kərəmli ilə danışıqlar aparılıb.
Bir neçə gün öncə «Şəfa»nın sükanı arxasından uzaqlaşıdırılan mütəxəssislə maliyyə şərtlərində ortaq məxrəcə gəlmək mümkün olmayıb.
O, özünün və yardımçılarının maaş fondunun 15 min manat təşkil etməsini istəyib.
Füzuli Məmmədov isə məbləğ söhbətində atanı dağa-daşa çapmayıb. 10000 manatlıq əməkhaqqı büdcəsi qarşılığında məsuliyyətin altına girib.
SPORTİNFO.AZ

