AFFA I Diviziona az pul ayırdı, narazılıq yarandı

5 Avqust 2022 14:00 I Divizion 1 179
AFFA I Diviziona az pul ayırdı, narazılıq yarandı

AFFA növbəti mövsüm I Divizionda mübarizə aparacaq iştirakçıları onlara ayrılması planlaşdırılan maliyyə yardımının məbləği ilə bağlı şifahi məlumatlandırıb.

Burada söhbət Premyer Liqa təmsilçilərinin əvəzedici komandalarından getmir.

Onların məsələsi aydındır – «Misli»nin titul sponsoru olmasından sonra dotasiya məsələsinə aydınlıq gəlib. Hər birinə 3 milyon manat ödəniləcək.

Hazırda açıq qalan sual I Divizionla bağlıdır və belə görünür ki, aşağı liqa nümayəndələri böyük məbləğdən gözünü çəkməlidir. Federasiya onlara ən yazşı halda 300 min manat ayrılacağını elan edib.

Bu isə birinci liqada qüvvəsini sınayacaq klubların gözlədiyi rəqəmdən təqribən 200 min manat aşağıdır. Odur ki, narazılığın yaranmasını təbii qarşılamalıyıq.

Bu komandalardan birinin rəhbərinin AFFA-ya cavabı da maraqlıdır: «Əvvəldən bizə bu qədər vəsait ayrılacağını desəydiz, qapıya qıfıl vurardıq».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti