Maliyyə böhranı yaşayan «Mingəçevir» çətin dönəmdən keçir.
Adnan Əhmədzadənin həbsindən sonra ağır günləri başlayan I Liqa təmsilçisi futbolçular və məşqçilər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir.
Sentyabrdan bəri mövcud olan problemlər səbəbindən komanda güclə ayaq üstündə qalıb.
Futbolçular həmin tarixdən bəri tam maaş ala bilmir. Yalnız AFFA-nın ayırdığı aylıq yardım paketinin ümidinə qalan «işıqçılar» onları min bir əziyyətlə düşərgəsində saxlayır.
Lakin bu sıxıntılara dözməyənlər də var. Onlardan biri də Cona Attukuayedir.
Seneqallı hücumçu artıq buranı tərk edib. Əməkhaqqısını ala bilməyən afrikalı legionerin FİFA-ya şikayət məktubu ünvanlayacağı gözlənilir.
SPORTİNFO.AZ

