Naxçıvana səfər edəcək komandalar pulu haradan alacaq?

13 May 2022 23:20 I Divizion 1 021
Naxçıvana səfər edəcək komandalar pulu haradan alacaq?

AFFA Premyer Liqa klublarının əvəzedici heyətləri üçün ayırdığı maliyyə dəstəyini artıracaq.

Bu haqda Sportinfo.az-a federasiyadan bildirilib.

Redaksiyamıza verilən məlumata görə, artım «Araz-Naxçıvan»la əlaqədardır. Belə ki, Muxtar Respublika komandasının I Divizionda iştirakına dair çıxarılan qərar xərcləri artırıb.

Premyer Liqanın 8 mənsubunun hamısı I Divizionda təmsil olunur. AFFA onların hər birinə vəsait ayırır. Əksəriyyətinə illik 50 min manat ödənilir.

İki ildən sonra əvəzedici komandasını bərpa edən «Qəbələ»yə çatan məbləğ başqalarından daha çoxdur.

Növbəti mövsümdə çempionatda yarışanların sayı 14-ə çatacaq. Bir sözlə, 13 iştirakçı Naxçıvana səfər etməli olacaq.

Hər belə səfər minimum 8-10 min manata başa gələcək. çünki bölgəyə ən qısa marşrut hava nəqliyyatı vasitəsilədir. Biletlərin qiyməti 80-100 manatdan aşağı deyil. bura gələk Naxçıvanda fəaliyyət göstərən otellərin qiymətini.

AFFA artımı iki yolla etməyi planlaşdırır: ya məbləğə əlavəni klubun hesabına köçürəcək, ya da ki, səfər məsrəflərini özü həll edəcək.

Digər Xəbərlər
Xəbər Lenti