AFFA-nın cəzalandırdığı futbolçu Divizionda qələbə qolunu vurdu - VİDEO

26 Noyabr 2021 10:00 I Divizion 615
AFFA-nın cəzalandırdığı futbolçu Divizionda qələbə qolunu vurdu - VİDEO

I Divizionda IX turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, "Zirə-2" öz meydanında "Sumqayıt-2"ni qəbul edib.

Matç "kimyaçılar"ın 2:1 hesablı qələbəsiylə yekunlaşıb.

Maraqlıdır ki, qonaqların qələbə topuna Murad Xaçayev imza atıb. AFFA-nın İntizam Komitəsi tərəfindən cəzalandırılmış yarımmüdafiəçi 85-ci dəqiqədə penaltidən fərqlənib.

"Sumqayıt" klubunun futbolçusu Murad Xaçayev və baş məşqçi Ayxan Abbasov cəzalandırılıb.

O, səfərdə "Sabah"a 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VIII tur matçında “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Ona 5 oyun cəza, klubuna 4000 manat cərimə kəsilib.

"Zirə-2" - "Sumqayıt-2" 1:2

Qollar: Əli Mürsəlov, 36 – Emil Əliyev, 71. Murad Xaçayev, 85-pen.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu