Divizion futbolçuları nəyə görə cəza alır?

30 Oktyabr 2021 23:40 I Divizion 672
Divizion futbolçuları nəyə görə cəza alır?

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda I Divizionun 6-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

I Divizionun VI turunun “Qaradağ Lökbatan” – “Səbail-2” oyununda “Səbail-2” komandasının futbolçusu Bayraməli Qurbanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, komanda 20 manat cərimə olunur (maddə 47.1);

VI turun “Kəpəz” – “Neftçi-2” oyununda “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

“Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur (maddə 39);

“Neftçi-2” komandasının futbolçusu Xəqani Sadıxov “kobud oyun”a görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, komanda 160 manat cərimə olunur (maddə 36.1);

VI turun “Qarabağ-2” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti