Abasovun bacarmadığının 5 dəfə artığını Qurbanov etdi - İKİ VİDEO

20 Oktyabr 2021 09:00 I Divizion 733
Abasovun bacarmadığının 5 dəfə artığını Qurbanov etdi - İKİ VİDEO

I Divizionda 5-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

“Qarabağ”ın ikinci komandası isə səfərdə “Keşlə”nin əvəzedicilərini üstələyib.

Mahmud Qurbanovun çalışdırdığı “Neftçi”nin əvəzediciləri “Sumqayıt”ın ikinci komandası üzərində darmadağına sevinib.

Maraqlıdır ki, Samir Abasovun çalışdırdığı «Neftçi»nin əsas komandası ötən həftə Premyer Liqada növbəti xal itkisinə məhz «Sumqayıt»la səfər matçında məruz qalıb.

"Neftçi-2" – "Sumqayıt-2" - 5:0

Qol: Ramin Nəsirli, 41. Xəqani Sadıxov, 48; 57. Əli Sadıxov, 52. Fərid İsgəndərov, 83.

Hakimlər: Kamranbəy Rəhimov, Taleh Məmmədov, Şirmamed Mamedov, Elvin Bayramov.

“Neftçi” Futbol Mərkəzi (ehtiyat meydança)

"Keşlə-2" – "Qarabağ-2" - 1:2

Qol: Əbdülkərim Ağamalıyev, 3 – Mehdi Tahirov, 45+3. Nihad Quliyev, 53-pen.

Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Vüqar Bayramov, Əli Əliyev.

Bakı. “ASK Arena”

N Klublar O Q H M T-F X
1 Keşlə-2 5 3 1 1 10-4 10
2 Sabah-2 4 3 0 1 6-3 9
3 Kəpəz 4 2 2 0 7-4 8
4 MOİK 3 2 1 0 7-1 7
5 Qaradağ Lökbatan 4 2 1 1 7-3 7
6 Neftçi-2 5 2 0 3 9-9 6
7 Zaqatala 4 2 0 2 6-7 6
8 Qarabağ-2 4 2 0 2 6-8 6
9 Qəbələ-2 4 1 2 1 5-4 5
10 Səbail-2 4 1 1 2 4-4 4
11 Zirə-2 3 1 0 2 2-7 3
12 Turan Tovuz 4 1 0 3 3-9 3
13 Sumqayıt-2 4 0 0 4 2-11 0
Digər Xəbərlər
Xəbər Lenti