Divizionda minimum 5 yeni komanda – Hamısı bölgələrdən

10 Oktyabr 2021 14:00 I Divizion 1 803
Divizionda minimum 5 yeni komanda – Hamısı bölgələrdən

Dünən xəbər verdiyimiz kimi, AFFA I Divizionun relqamentini və əsasnaməsini yenidən dəyişmək fikrindədir.

Redaksiyamıza verilən bilgiyə görə, Premyer Liqa klublarının əvəzedici heyətlərinin növbəti sezondan etibarən ayrıca çempionatının keçirilməsi planlaşdırılır.

Başqa sözlə, elita təmsilçilərinə məxsus “dubl”ların I Divizionun iştirakçıları sırasını tərk etməsi məsələsi hazırda müzakirə olunur.

Bəs aşağı dəstənin prespektivi nədən ibarət olacaq? Aldığımız yeni məlumata görə, AFFA I Divizionun iştirakçılarının sayını minimum 10-a çatdırmağın yollarını axtarır.

Mümkün namizədlərin hamısı Region Liqasının yeni sezonunda mübarizə aparacaq komandalar arasından seçiləcək, bu zaman isə üstünlük bölgə təmsilçilərinə veriləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti