Divizionda da hakimi söyən var - VİDEO+FOTOLAR

1 Oktyabr 2021 09:20 I Divizion 1 024
Divizionda da hakimi söyən var - VİDEO+FOTOLAR

AFFA İntizam Komitəsi "Zirə-2"nin futbolçusu Eldost Qiyasbəylini 4 oyunluq cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna 21 yaşlı müdafiəçinin evdə MOİK-ə 0:4 hesabı ilə uduzduqları I Divizionun V tur matçında hakimi təhqir etməsi səbəb olub.

72-ci dəqiqədə meydana daxil olan Eldost 9 dəqiqə sonra referi Tural Qurbanovu söyüb.

Klub isə 320 manat məbləğində cərimələnib.

Bununla yanaşı, komitə MOİK-in nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün kluba 80 manat cərimə kəsib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?