Divizionda inanılmaz və gülməli hadisələr – NİYƏ BELƏ OLUR?

24 Sentyabr 2021 01:10 I Divizion 1 185
Divizionda inanılmaz və gülməli hadisələr – NİYƏ BELƏ OLUR?

AFFA-da I divizionda baş verənlərlə bağlı iclas keçirilib.

Sportinfo.az xəbər verir ki, intizam Komitəsi II turda yaşananlara hüquqi qiymət verib.

MOİK – “Səbail-2” oyunu gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunub.

Matç öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün MOİK daha 40 manat cərimələnib.

“Keşlə-2” – “Sabah-2” görüşü hər iki klub oyunçularının geyimlərindəki qüsurlara görə gec başlandığı üçün hərəsi 80 manat ziyana düşüb.

“Kəpəz”lə ev oyununda 7 futbolçusu sarı vərəqə ilə cəzalanan “Qaradağ Lökbatan” 80 manat cərimə olunub. Qarşılaşma gec başlandığı üçün meydan sahibi klub daha 160 manat cərimələnib.

“Zaqatala” ilə səfər matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Turan Tovuz” 80 manat ödəyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!