"Mövsümün əvvəli narahatçılığımız vardı" - Mahmud Qurbanov

22 Sentyabr 2021 23:00 I Divizion 1 087
"Mövsümün əvvəli narahatçılığımız vardı" - Mahmud Qurbanov

Ötən mövsüm birinci divizionun qalibi olan "Neftçi-2" yeni mövsümə heç də yaxşı start götürməyib.

Mahmud Qurbanovun komandası arxada qalan iki turda da məğlubiyyətə üzülüb.

Görəsən, komandada nə baş verir? Ardıcıl məğlubiyyətlərə səbəb nədir?

Komandanın baş məşqçisi Mahmud Qurbanov suallarımıza cavab olaraq Sportinfo.az-a bunları deyib:

"Belə olacağını düşünmürdük. Amma narahatçılığımız vardı. Çünki əsas heyət üzvlərinin bəziləri ilə yollarımızı ayırmışdıq. Dəyişiklik çox olub.

İlk iki turda da məğlub olmuşuq. Amma həm "Sabah-2", həm də "Qəbələ-2" ilə oyunlarda qol epizodlarımız çox oldu. Sadəcə istifadə edə bilmədik. Hələki komanda tam uyğunlaşmayıb. Yeni oyunçular özünü rahat hiss etmirlər.

Amma oyun olaraq pis deyilik. Düzdü, əsas nəticədir. Çünki hamı nəticəyə baxır. Uşaqlara inamımız davam edir. Qarşıdakı oyunlar yaxşı çıxış edəcəyimizə inanıram".

Digər Xəbərlər
Xəbər Lenti