"CBC Sport" birinci divizionun görüşlərini canlı yayımlayacaq? - AÇIQLAMA

20 Sentyabr 2021 22:40 I Divizion 1 058
"CBC Sport" birinci divizionun görüşlərini canlı yayımlayacaq? - AÇIQLAMA

Bir müddət əvvəl Peşəkar Futbol Liqasının (PFL) birinci diviziondakı bəzi oyunların "CBC Sport"da yayımlanmasına çalışdığını xəbər vermişdik.

Amma arxada qalan birinci turun görüşlərindən heç biri "CBC Sport" telekanalında canlı yayımlanmadı. Görəsən, məsələ ilə bağlı vəziyyət nə yerdədir? Qarşıdakı turda oyunların adıçəkilən kanalda canlı yayımlanması gözlənilir?

Suallarımıza cavab olaraq PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev Sportinfo.az-a bunları deyib: "İlk turun 4 görüşü PFL-in kanalı ilə canlı olaraq izləyicilərimizə təqdim olunub. Görüşlər PFL-in yutub kanalı vasitəsi ilə yayımlanır. "CBC Sport" təkcə bizim çempionatı yayımlamır. Kanalda başqa çempionatlar da yayımlanır. Bu baxımdan kanal sıx qrafikdə çalışır. Konkret olaraq hazırda "CBC Sport"un birinci divizionun görüşlərini yayımlayıb-yayımlamayacağı ilə bağlı məndə informasıya yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti