Divizion komandalarında elə problemlər üzə çıxdı ki…

18 Sentyabr 2021 02:38 I Divizion 705
Divizion komandalarında elə problemlər üzə çıxdı ki…

AFFA İntizam Komitəsi bu həftə start götürən I Divizionun ilk turu barədə qərarlar verib.

Sportinfo.az xəbər verir ki, əsas cəzalar “Səbail-2” – “Zirə-2” və “Neftçi-2” – “Sabah-2” matçı ilə bağlı olub.

“Səbail-2” – “Zirə-2” görüşü gec başlandığı üçün meydan sahibi 160 manat cərimələnib. Oyun günü planına riayət edilmədiyi üçün “Səbail” daha 80 manatlıq cəriməyə məruz qalıb.

Eyni zamanda oyun öncəsi nəzarət buraxılış xidmətinin nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün ev sahibləri daha 80 manat ziyana düşüb.

“Zirə” ilə bağlı problemlər də diqqətçəkəndir. Klub nümayəndəsi oyunöncəsi təyin olunan vaxtda iclasda iştirak etməyib.

Zirəlilər qarşılaşmanın ikinci hissəsində də meydançaya gec çıxıb. Bu da qəsəbə təmsilçisinə 320 manata başa gəlib.

“Neftçi” ilə “Sabah”ın əvəzedicilərinin görüşü ilə bağlı diqqətçəkən məqam isə hər iki komandanın qapıçısının formasında qüsur olmasıdır. Bu da onları 80 manatlız ziyana salıb.

Digər Xəbərlər
Xəbər Lenti