"Hədəfimiz böyükdür, məqsədimiz çempionluqdur. - İDDİALI DANIŞDI

14 Sentyabr 2021 16:40 I Divizion 929
"Hədəfimiz böyükdür, məqsədimiz çempionluqdur. - İDDİALI DANIŞDI

“Hədəfimiz böyükdür, məqsədimiz çempionluqdur.

İnanırıq ki, bu mövsüm komandamız yaxşı nəticə göstərəcək və azarkeşləri sevindirəcək”.

Sportinfo.az xəbər verir ki, bunu “Kəpəz”in icraçı direktoru İlqar Nadiri klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

Klub rəsmisi transfer siyasətində də işi bu istiqamətdə qurduqlarını deyib: “Qarşıya qoyulan hədəfi həyata keçirmək üçün əməli addımlar atmışıq.

İlk növbədə yay transfer dövründə bir neçə tanınan təcrübəli futbolçunu heyətə cəlb etdik. Onların arasında elita təcrübəsinə malik simalar da var. Ümid edirik ki, bu oyunçular “Kəpəz”in uğurlu nəticə göstərməsinə kömək edəcəklər”.

İlqar Nadiri “Kəpəz”in ən böyük dəyərinin onun azarkeşləri olduğunu vurğulayıb: “Həmişə “Kəpəz” azarkeşləri ilə fərqlənib. Klubun köklü tarixi kimi böyük azarkeş ordusu da var. Fanatlarımız komandanın nəticəsindən asılı olmayaraq “sarı-göylər”in yanında olublar və yüksək yerlərdə görmək istəyiblər. Dəstəyə görə onlara minnətdarıq. “Kəpəz”i dəyərli, qiymətli edən onun azarkeşləridir”.

Klub rəhbəri yeni mövsümdən stadionlara azarkeşlərin buraxılması məsələsinə də toxunub: “Xoş bir haldır ki, artıq stadionlara tamaşaçı buraxılır. Bu qərar təbii olaraq ən çox bizi sevindirir. Çünki “Kəpəz” azarkeşi komandasını tribunadan dəstəkləyir. İnşallah, çempionat ərzində oyunlarımız zamanı fanatlarımızı doğma arenamızda gözləyəcəyik. Komanda da onlara layiq şəkildə mübarizə aparıb, qələbələrlə gəncəliləri sevindirəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı