"Hər il çöldə qalan, klubların bəyənmədiyi oyunçular bizdə heyətə cəlb olunur"

9 Sentyabr 2021 23:20 I Divizion 975
"Hər il çöldə qalan, klubların bəyənmədiyi oyunçular bizdə heyətə cəlb olunur"

"Ötən mövsüm 2-ci yeri tutduq. Amma bundan çox bizim 2 futbolçumuzun Premyer Liqa klubuna keçidinə sevindik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov deyib.

Gənc mütəxəssis yetirmələrinin Premyer Liqa klublarına transferinə münasibət bildirərkən son illə bir çox gənc futbolçu üçün "Zaqatala"nın trampilin rolunu oynadığını bildirib:"Neçə ildi şahidi oluruq ki, "Zaqatala" klubu bir çox futbolçular üçün bir trampilindir. Hər il bizə çöldə qalan, klubların bəyənmədiyi oyunçular heyətə cəlb olunur. 1 ildən sonra həmin futbolçulara bir çox yerdən təklif gəlir. Görürük ki, həmin futbolçular burada çox artırır. Həqiqətən, sevindirici haldır.

Düzdü, maliyyə cəhətdən həmin futbolçuları saxlamağa bizim imkanımız olmur. Müəyyən məbləğdə maaş veririk. Daha yaxşı təklif varsa, aparırlar. Premyer Liqa klubundan təklif gələndə heç bir danışıq, şərt olmadan buraxırıq. Demək olar 90% futbolçumuza təklif gəlir. Düzdü, daha çox təklif divizon klublarından gəlir. Çünki çoxu gənc futbolçudur. Bu il Premyer Liqadan da bu təklifləri aldıq. Əlbəttə, xoş olardı ki, özümüz çempion olub, Premyer Liqaya qalxardıq. Həmin futbolçular da öz karyerasını burada davam etdirərdilər. Yəqin ki, bu il də artırmaq üçün "Zaqatala"nın yolunu tutanlar olacaq".

Məmmədov sonda mövsümün əvvəli "Zirə"yə keçən yetirmələri Ramin Əhmədov və Rüstəm Nuriyevə də uğurlar arzulayıb: "Hər birinə yeni klublarında uğurlar arzu edirəm. Sağ olsunlar bizi də yaddan çıxarmırlar. Ümid edirəm ki, növbəti il yenə bizdən Premyer Liqaya kimlərsə gedəcək. Bizdə elə futbolçular var. Hər biri Premyer Liqaya rəng qatacaq gücdədilər".

Digər Xəbərlər
Xəbər Lenti