Külli miqdarda borcu qaytarmamaq üçün bu yola əl atdılar

09:40 I Divizion 1 014
Külli miqdarda borcu qaytarmamaq üçün bu yola əl atdılar

I Liqanın əksər iştirakçılarından fərqli olaraq, «Mingəçevir» hələ yay istirahətindən qayıtmayıb.

Ramiz Məmmədovu baş məşqçi postunda saxlaya bilməyən «işıqçılar»ın ciddi problemləri mövcuddur.

Bunun başında maliyyə çatışmzlığı dayanır.

Şəhərin eyniadlı təmsilçisinə rəhbərlik edənlərin ötən mövsümdən 250 min manata yaxın borcu yığılıb qalıb. Nəinki məşqçi və futbolçulara, adi işçilərə də ödəmə etməlidirlər.

Bizdəki son məlumata görə, klubun idarəçilərinin həmin borcu bağlamaq fikri yoxdur.

Baxmayaraq ki, kollektiv üzvlərinin əksəriyyəti artıq AFFA-ya şikayətçidir. Oyunçular vəkil tutaraq, mövcud vəziyyət barədə federasiyanı məlumatlandırıb.

Məsul şəxslər sudan quru çıxmaq üçün nə etmək istəsə yaxşıdır? Komandanın may ayı ərzində məşq eləməkdən imtinasını əldə bayrağa çevirməklə.

Akt tərtib ediblər. Həmin akta əsasən, futboçlular 20 günə yaxın müddətdə hazırlıq keçməkdən boyun qaçırıb və buna görə hər biri böyük məbləğdə cərimələnməlidir.

Başqa sözlə, məqsəd maaş borcunu bu cəriməylə silməkdir. Çünki ödəmələrin əsas hissəsi onlara aiddir. Bu pul tutulsa, yerdə kifayət qədər az məbləğ qalır.

Akt keçərli olacaqmı? Bax, bunun özü də sual altındadır. Gərək ora mütləq imzalar atılsın. Həmin qolu da R.Məmmədov və köməkçiləri çəkməlidir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyul 21:30 Çək və bizə göndər!