"Hamımız istəyirik ki, "Kəpəz" Premyer Liqaya qayıtsın"

3 Sentyabr 2021 22:20 I Divizion 1 056
"Hamımız istəyirik ki, "Kəpəz" Premyer Liqaya qayıtsın"

"Hazırlığımız yaxşı gedir. Çempionatın başlamasına az bir müddət qalıb. İnşallah, ona kimi hazır olmalıyıq. Qarşıda bizi çətin mövsüm gözləyir"

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Kəpəz"in yarımmüdafiəçisi İbrahim Qədirzadə deyib.

O, yeni mövsüm hədəflərinin çempionluq olacağını bildirib: "Komandamızda yeni oyunçular çoxdur. Bir-birimizə uyğunlaşmalıyıq. Çempion ola bilərik. Bunun üçün də çalışacağıq. Hər şey özümüzdən asılıdır".

Artıq əksəriyyət növbəti ilə "Kəpəz"in Premyer Liqaya buraxılacağını müzakirə edir. Qədirzadə isə bu haqda danışmağın hələ tez olduğunu düşünür: "Hamımız istəyirik ki, "Kəpəz" Premyer Liqaya qayıtsın. Özümüzü hazırda buna kökləməmişik. Bu gün yalnız komandanın çempion olmağını düşünürük. Premyer Liqaya yüksəlmək üçün ilk növbədə Birinci Divizionda çempion olmaq lazımdır".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!