"Yeni komanda qurmağa məcburuq, bir az çətinlik çəkirəm"

29 Avqust 2021 15:00 I Divizion 1 429
"Yeni komanda qurmağa məcburuq, bir az çətinlik çəkirəm"

«Bizim qarşımıza iki məqsəd qoyulub».

Bu sözləri Sportinfo.az-a açqlamasnda «Turan Tovuz»un yeni baş məşqçisi Rövşən Babayev deyib.

Yaxınlarda qərb klubunun sükanı arxasna keçən mütəxəssis I Divizionda növbəti mövsümə ciddi hazırlaşdıqlarını bildirib:

«Bacardıqca çalışmalıyıq ki, yüksək yerlərdən birini tutaq. Adicə iştirak xatirinə çempionatda olmayacağq.

Tovuzda akademiya fəaliyyətə başlayıb və biz onlarla əlaqəli işləyəcəyik. Akademiyadan istedadlı uşaqları əsas komandaya cəlb edib, onların da inkişafına yol açacağıq.

Belə deyim ki, bu iki işi paralel olaraq görəcəyik. Hazırda seleksiya gedir. Məşqlərə gec başladığımız üçün baxışa gələnləri hələ də yoxlamaqdayıq.

Deməzdim ki, xoşumuza gələn yoxdur. Sadəcə, hazır futbolçu tapmırıq. Gələnlərin çoxu yaş limitinə görə futbolu atanlardır. Hamısı da vaxt istəyir.

Biz başa salmağa çalışır ki, tezliklə çempionat başlayacaq, sizin formaya düşməyinizə isə azı altı-yeddi ay lazıımdır. Ona görə də bir az çətinlik çəkirəm.

Məcburuq ki, yeni komanda quraq. Keçən il burada oynayan uşaqlarıın əksəriyyəti başqa yerlərə gedib. «Kəpəz»ə, «Səbail»ə yollananlar var, akademiyada olan cavan uşaqlara üstünlük veririk.

Qışadək çalışacağıq ki, onlarla bir az işləyək. Sonra rəhbərlik icazə versə, qışda komandanıı yeni transferlərlə gücləndirəcəyik».

Digər Xəbərlər
Xəbər Lenti