“Qarabağ“ bir də XAHİŞ ETMƏYƏCƏK: “Bu məsələ artıq bağlandı“

28 Avqust 2021 17:00 I Divizion 2 847
“Qarabağ“ bir də XAHİŞ ETMƏYƏCƏK: “Bu məsələ artıq bağlandı“

UEFA bu gün “Qarabağ ”ın Konfrans Liqasının qrup mərhələsindəki oyunlarının təqvimini açıqlayıb.

H qrupunda yer alan təmsilçimiz mərhələyə evdə başlayacaq.

Ağdam klubu İsveçrənin “Bazel”, Kiprin “Omoniya” və Qazaxıstanın “Kayrat” komandaları ilə mübarizə aparacaq. 1-ci yerin sahibi 1/8 finala, 2-ci yer pley-offa yüksələcək.

Qrup oyunları 16 və 30 sentyabr, 21 oktyabr, 4 və 25 noyabr və 9 dekabrda keçiriləcək. Ağdam klubu ilk oyununu evdə "Bazel"ə qarşı keçirəcək. Sentyabrın 16-da baş tutacaq görüş saat 20:45-də start götürəcək.

“Qarabağ” dünən UEFA-ya müraciət edərək, ilk matçın səfərdə keçirilməsinə dair istəyini açıqlamışdı. Çünki Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün durumu pisdir.

Qazonun vəziyyətinin düzəldilməsi ilə bağlı işlər yeni başlayıb və bu, hələ vaxt aparacaq. Başqa sözlə, “Qarabağ” ev oyununu mümkün qədər gec keçirmək və bununla da zaman qazanmaq niyyətin idi.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Sportinfo.az-a bildirib ki, yaranmış problemlə bağlı UEFA-ya növbəti məktub ünvanlanmayacaq:

“Bu məsələ artıq bağlandı. Bütün fikrimizi meydançanın qaydasına salnmasına yönəltmişik. Bunun üçün lazımlı tədbirlər görülür.

"Tofiq Bəhramov"da son oyunu avqustun 19-da "Aberden"ə qarşı keçirmişik. "Bazel"lə oyun isə sentyabrın 16-da təşkil olunacaq.

Arada 28-29 gün var və bu, az müddət deyil. Yəqin ki, ovaxta kimi meydançanıı normal hala gətirmək olar.

Əlbəttə, istərdik ki, ilk ev oyununu ikinci turda keçirək və qazon da ideal vəziyyətə gətirilsin. UEFA təqvimi açıqlayandan sonra deyiləcək bir söz qalmır".

Digər Xəbərlər
Xəbər Lenti