“Kəpəz”də Premyer Liqaya iddialı heyət yığılıb" - “Xəzər Lənkəran”lı

18 Avqust 2021 20:40 I Divizion 1 763
“Kəpəz”də Premyer Liqaya iddialı heyət yığılıb" - “Xəzər Lənkəran”lı

“Bir çox klublardan təklif var idi.

Üstünlüyü “Kəpəz”ə verməyim bu komandanın tarixi köklərə, böyük ənənələrə malik olması ilə bağlıdır”.

Sportinfo.az xəbər verir ki, bunu “Kəpəz”in yeni transferi İbrahim Qədirzadə deyib.

Gəncə klubunun mətbuat xidmətinə açıqlama verən “Xəzər Lənkəran”ın yetirməsi “Kəpəz”in hər zaman iddialılar sırasında olduğunu və titullar qazandığını söyləyib:

“Gələcəkdə Premyer Liqada oynamaq istəyim də “Kəpəz”ə keçidimə rəvac verdi. “Xəzər Lənkəran”ın heyətində elitada oynamışam.

“Kəpəz”də Premyer Liqaya iddialı heyət yığılıb, yaxşı kollektiv formalaşdırılıb. İstədiyimiz çempionluqdur, inşallah, buna da nail olarıq”.

Ötən mövsümü legioner kimi Gürcüstanda keçirən 22 yaşlı yarımmüdafiəçi azarkeşlərə mesaj da göndərib:

“Gəncə azarkeşləri haqda həmişə yaxşı sözlər deyilib, elə mən də yüksək fikirlər söyləyə bilərəm. Azərbaycanda iki böyük fanat ordusu varsa, biri Gəncədə, digəri Lənkərandadır.

“Kəpəz”sevərləri çempionluq arzusuna çatdıracağıq. Bizə böyük etimad bəsləyən azarkeşlərə, baş məşqçimizə və klub rəhbərliyinə nəticəmizlə qarşılıq verməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"