“Xəzər Lənkəran”da oynayarkən, başımıza bu cür hadisə gəlmişdi”

24 Avqust 2024 08:30 Zirə 1 556
“Xəzər Lənkəran”da oynayarkən, başımıza bu cür hadisə gəlmişdi”

Sportinfo.az xəbər verir ki, “Zirə”nin sabiq müdafiəçisi Adrian Skarlatake sportal.az-a açıqlama verib.

Rumıniyalı qəsəbə təmsilçisinin Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşündə “Omoniya”ya 0:6 hesabı ilə məğlubiyyətini şərh edib:

“Rəşad Sadıqovun oyundansonrakı mətbuat konfransına qulaq asdım. O, çox asan qollar buraxdıqları üçün üzülmüşdü.

Bəli, “Omoniya” ilə görüşdəki nəticə mənim üçün sürprizdir. Bu cür nəticəni gözləmirdim. Amma əminəm ki, “Omoniya” – “Zirə” matçındakı nəticə sadəcə təsadüfdür, qəzadır.

Necə ki, vaxtilə “Xəzər Lənkəran”da oynayarkən “Makkabi” ilə oyunda başımıza bu cür hadisə gəlmişdi. Futbolda bəzən komanda və futbolçu kimi də pis günlər olur.

Azarkeşlər hər zaman öz komandası üçün önəmlidir. Onlar da “Zirə”yə təzyiq göstərdilər.

Öz meydanında “Zirə”nin də azarkeşləri olacaq. Bəzi günlər pis oynaya bilərsən.

Rəqibin də yaxşı günü olar. “Omoniya” yaxşı komandadır. “Zirə” üçün klubda baş proseslər çox əhəmiyyətlidir.

“Zirə” hər il qrup mərhələsinə daha da yaxınlaşır. Mən bütün idarə heyətini tanıyıram və onlar çox peşəkardırlar. Əminəm ki, gələn il qruplarda olacaqlar”.

Skarlatake, cavab görüşü ilə bağlı isə bunları deyib:

“Bu nəticədən sonra geridönüş etmək çətin olsa da, “Zirə” öz şanslarına inanmalıdır. Sürətli qol vursalar, bəlkə şansları olacaq”

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER