Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Şerif” (Moldova) oyununa gəlmək istəyən azarkeşləri daşınması üçün klub tərəfindən nəqliyyat vasitələri ayrılacaq.
Sportinfo.az xəbər verir ki, nəqliyyat vasitələri 18 iyul saat 17:30-dan 18:00-dək metronun “Koroğlu” stansiyasından “Dalğa Arena”ya yola düşəcək.
"Zirə" - "Şerif" qarşılaşması sabah saat 20:00-da start götürəcək.
Komandalar arasında Moldovada keçirilən ilk matç Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

