Avrokuboklarda iştirak edən Azərbaycan klubunda yeni hücumçu - SON DƏQİQƏ XƏBƏRİ

17 İyul 2024 09:40 Zirə 6 367
Avrokuboklarda iştirak edən Azərbaycan klubunda yeni hücumçu - SON DƏQİQƏ XƏBƏRİ

Avropa Liqasında mübarizə aparan «Zirə» növbəti transfer razılaşmasına nail olub.

Qəsəbə klubu yenə hücum xəttini gücləndirib.

Ötən ay Davit Volkovu «Sabah»dan geri qaytaran, Junior Martinsi «Kəpəz»dən sıralarına qatan «qartallar» bu dəfə Luis Paçu ilə anlaşıb.

Ötən mövsümdən Azərbaycanda çıxış edən braziliyalı forvard Zirənin eyniadlı komandası ilə 2 illik şəxsi müqaviləyə qol çəkib.

Cənubi amerikalı «Turan Tovuz»a məxsusdur. Kurban Berdiyev «sambaçı»nın xidmətində maraqlı deyil.

Yeni baş məşqçi Paçunun onun futbol fəlsəfəsinə uyğun gəlmədiyi qənaətindədir. Təcrübəli mütəxəssis sözləşməsi gələn ilin yayında bitəcək hücumçunu yola salmağı tapşırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti