
“Zirə” milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədə yoxlama matçı keçirəcək.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi “Şamaxı” ilə qarşılaşacaq.
Martın 25-də Zirə İdman Kompleksində start keçiriləcək görüş saat 16:00-da başlayacaq.
"Zirə" Premyer Liqada 37 xalla 4-cü, "Şamaxı" isə 20 xalla 9-cu pillədə qərarlaşıb.