Ölkəmizi tərk edən hücumçu III Bundesliqa komandasında

24 İyul 02:20 Zirə 1 158
Ölkəmizi tərk edən hücumçu III Bundesliqa komandasında

Yay fasiləsində “Zirə”dən ayrılan Leroy Mikelsin yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı hücumçu Almaniyaya qayıdıb.

Ruanda millisinin üzvü III Bundesliqa təmsilçisi “Valdhof”lə anlaşıb.

Mikels Mannheym klubu ilə artıq rəsmi müqavilə imzalayıb və yeni komandasının Avstriyada təşkil olunan təlim-məşq toplanışına qoşulub.

Münhenqladbax “Borussiya”sının yetirməsi olan Leroy Mikels ölkəmizdə “Şamaxı” və “Zirə”nin formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti