"Zirə"dən: "İstəyən imkan daxilində nəsə edəcək"

25 Mart 2020 14:50 Zirə 622
"Zirə"dən: "İstəyən imkan daxilində nəsə edəcək"

"Bu prezidentimizin çağrışıdır. Bizim millət mental olaraq hər zaman belə çağırışlara dəstək verib".

"Zirə"nin baş məşqçisi Zaur Həşimov Sportinfo.az-a açıqlamasında belə deyib.

Bir neçə gün əvvəl ölkə prezidenti İlham Əliyev tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı.

İlk olaraq elə dövlət başçısı bir illik əməkhaqqınıı fonda köçürdüyünü açıqladı. Birinci vitse-prezident Mehriban Əliyeva da eyni addımı atdı. Bundan sonra müəyyən təşkilatlar, banklar və müəssələr də bu təşəbbüsə qoşuldular.

Dünən "Qarabağ"ın futbolçuları və baş məşqçisi Qurban Qurbanovun da fonda 70 min manat köçürmə etdiyi məlum oldu. Görəsən, digər klubların məşqçi və futbolçu heyəti də belə bir addım atmağı düşünürmü?

Z. Həşimovu dinləyək: "Millətimizə xas olan bir şeydir ki, hər zaman xeyirxah addımlar atsın. Hazırda ilk olaraq bu addımı ölkə başçısı özü etdi və hamı dəstəkləməyə davam elədi.

Bu, könüllü olan bir şeydir. Yəqin ki, imkanı çatan hər kəs bu aksiyaya qoşulacaq. Xeyirxahlıq hər kəsin daxilindən gələn addımdı. İstəyən imkan daxilində nəsə edəcək. Təbii ki, yalnız tövsiyə edə bilərik".

Xəbər Lenti