Azərbaycanda hansı klub bunu edər? – BAXIN,və ÖYRƏNİN!

25 İyul 2024 16:40 Zirə 2 019
Azərbaycanda hansı klub bunu edər? – BAXIN,və ÖYRƏNİN!

“Zirə” ilə oyun Bakıya gələn “DAC 1904” matçdan iki gün əvvəl sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda yazılıb:

“Sonuncu çağırış! Sabah saat 12:00-a qədər son 40 bilet.

“Zirə” ilə Bakıdak səfər oyununda bizimlə birlikdə olun. Abonoment sahiblərinin səyahət xərclərini və bilet haqqını klub ödəyir. Tələsin, çünki yerlər məhduddur. Ətraflı məlumatla linkə daxil olmaqla tanış ola bilərsiniz”.

Bu, o deməkdir ki, Slovakiya təmsilçisi “Dalğa Arena”da özünü dəstəksiz hiss etməyəcək. Kifayət qədər azarkeş “DAC 1904”ü qələbəyə səsləyəcək.

Bunu edən paytaxt Bratislavanın hansısa imkanlı və titullu klubu yox, adı ölkəsinin ilk “10-luğ”unda olmayan, əhalisinin sayı 23 min nəfəri keçməyən Dunayska-Streda şəhərinin “DAC 1904” klubudur.

Slovakiyada hansısa bölgə təmsilçisi azarkeşlərinə klubun hesabına Bakıya səfər etməyi təklif, hətta xahiş edir.

Bəs, milyonlar içində üzən, legionerlərinin sayı-hesabı olmayan Azərbaycan klublarından bunu edən varmı?

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”